09.09.2016
Qusar rayonunda “İslam dininin sosial mahiyyəti və Qurban bayramı” mövzusunda tədbir keçirilib
Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qusar rayonu Mucuqoba kənd məscidində Qurban bayramı münasibətilə “İslam dininin sosial mahiyyəti və Qurban bayramı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Qusar Rayon İcra Hakimiyyəti başçısının Şirvanovka kənd İƏD üzrə nümayəndəsi Yavər Mürsəlov, Mucuqoba kənd məscidi dini icmasının sədri İskəndər Xaliqov, dindarlar, ağsaqqallar və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyəti başçısının Şirvanovka kənd İƏD üzrə nümayəndəsi Yavər Mürsəlov İslam dininin milli-mənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynadığını bildirərək, Qurban bayramının da bu cəhətdən əlamətdar olduğunu söyləyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev İslam dininin sosial mahiyyətindən və Azərbaycanda mövcud dini sabitliyin qorunub saxlanılmasından söz açaraq qeyd edib ki, təkcə Qurban bayramında deyil, dövlətimiz hər zaman aztəminatlı ailələrə və imkansız şəxslərə sosial yardımlar göstərir, əlillərə və köməksizlərə qayğı nümayiş etdirir.
Dini icma sədri və məscidin imamı İskəndər Xaliqov Qurban bayramının əhəmiyyətindən söz açıb.