Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.11.2017

"Yerusəlim Post" qəzetində dünyanın ən böyük yəhudi qəsəbəsi barədə məqalə dərc edilib

ABŞ-da geniş oxucu kütləsi toplamış ingilisdilli məşhur "Yerusəlim Post" qəzetində dünyanın ən böyük yəhudi qəsəbəsi barədə məqalə dərc edilib. “Tunisin Cerbə adası və Azərbaycanın Qırmızı qəsəbəsi yəhudi-müsəlman sülh birgəyaşayış modeli ilə dünyanı heyrətləndirir” sərlövhəli məqalədə ölkəmizdə bütün dini və etnik azlıqlar üçün yaradılan bərabər imkanlar və hüquqlar, o cümlədən dinc və rahat yaşamaq şəraitindən bəhs edilir.
Məqalənin müəllifi Sarmad İqbal qeyd edir ki, Azərbaycan anti-semitizmin mövcud olmadığı nadir ölkələrdən biridir. Əksər müsəlman ölkələrində yəhudilərə qarşı ayrı-seçkilik hallarının artdığı bir dövrdə Tunis və Azərbaycan kimi müsəlman ölkələrinin yəhudilərə qarşı xoş münasibətini görmək sevindirici haldır. Tunisin Cerbə adası və Azərbaycanın Qırmızı qəsəbəsində anti-semitizmə yol verilmir və bu ölkələrdə yəhudilərə qarşı tolerant münasibət göstərilir. Ən qədim yəhudi məskənləri məhz Tunis və  Azərbaycanda yerləşir.
Məqalədə o da vurğulanır ki, Azərbaycan yəhudi-müsəlman sülh birgəyaşayışının oazisi olmaqla yanaşı, bu sahədə özünəməxsusluğu ilə fərqlənir. Bu oazisin ən gözəl nümunəsi Azərbaycanın paytaxtı olan Bakıdan 165 km şimal-qərbdə yerləşən Qırmızı qəsəbənin mövcudluğudur. Qeyd edilib ki, Qırmızı Qəsəbə İsrail dövlətindən kənarda yerləşən ən böyük yəhudi məskənidir. Əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycana ilk dəfə səyahət edənlər burada dünyanın ən böyük yəhudi qəsəbəsini gördükdə heyrətlənirlər. Azərbaycan yəhudilərə qarşı anti-semitizmə yol verilməməsini təmin edib. Dağıstana yaxın olan ərazidə (Qubada) inşa edilən Qırmızı qəsəbənin əsası 1748-ci ildə Quba xanı Fətəli xan tərəfindən qoyulub, 
Müəllif, eyni zamanda Azərbaycan hökumətinin 2000-ci ildə burada iki mühüm sinaqoqu yenidən təmir etdirdiyini də diqqətə çatdırır. O, yəhudilərin hər zaman Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsi olduğunu qeyd eməklə yanaşı, Azərbaycanın ictimai həyatında mühüm rol oynamış məhşur yəhudilərdən də bəhs edib.
  
Tərcümə etdi: Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin məsləhətçisi Səfər Səfərli