May ayının 9-da Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dini qurumlararası "Tolerantlıq Kuboku" uğrunda mini futbol turnirinin qalibi olmuş Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi "İmam Rza" məscidi dini icmasının futbol komandası ilə turnirdə iştirak etmiş müxtəlif dini konfessiyaların komandaların üzvlərindən ibarət simvolik yığma "Tolerantlıq" komandası arasında yoldaşlıq görüşü keçirildi. Matç Kubokun sahibi olan İmam Rza (Xəzər) komandasının 4:2 hesablı qələbəsi ilə başa çatmışdır. Yüksək səviyyəli dostluqla müşahidə olunan matçı dünya şöhrətli fotoqraf Rza bəy Dəqati öz fotosessiyası ilə tarixiləşdirmişdir.