05.10.2017
"Milli-mənəvi dəyərlərin təbliği ən önəmli məsələlərdəndir"
Oktyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qəbələ rayonu Mamayli kənd tam orta məktəbində Qəbələ rayonu Hacıalılı kənd məscidi dini icmasının icra etdiyi “Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, Qəbələ Rayon İcra Hakimiyyəti (RİH) başçısının Mamayli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Etibar Hüseynov, Hacıalılı kənd məscidi dini icmasının sədri Mehman Şəfiyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Mehman Şəfiyev qeyd edib ki, hal-hazırda milli-mənəvi dəyərlərin təbliği ən önəmli məsələlərdəndir. İslam dini digər dinlərin və müxtəlif millətlərin nümayəndələri ilə münasibətdə tolerant olmağı buyurur.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov çıxışında qeyd edib ki, bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması prosesini daha gücləndirəcək.

Qəblə RİH başçısının Mamayli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Etibar Hüseynov keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunub. O bildirib ki, bu tədbirlər yetişməkdə olan gənc nəslin düzgün maariflənməsinə və milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına öz töhfəsini verəcək.
Sonda təbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.