Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.06.2016

"Gənclər və milli-mənəvi dəyərlərimiz: keçmişdən bu günə" mövzusunda zona toplantısı keçirilib

İyunun 16-da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə “Gənclər və milli-mənəvi dəyərlərimiz: keçmişdən bu günə” mövzusunda zona toplantısı keçirilib.
Toplantıda Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, qərb regionu üzrə gənclər və idman idarələrinin əməkdaşları, QHT rəhbərləri və gənclər iştirak ediblər. Dini radikalizmlə mübarizə, “Multukulturalizm ili”ndə region gənclərinin bu mübarizədə fəallıq nümayiş etdirməsi mühüm vəzifə kimi önə çəkilib. Dini sabitliyin qorunması, regiona yol açmaq istəyən radikalçıların qarşısını almaq məqsədilə keçirilən tədbirdə qərb regionunda dini sabitliyin hökm sürdüyü, gənclərin radikal vərdişlərdən uzaq olması müsbət hal kimi dəyərləndirilib.  Görüşdə “Gənclər və milli-mənəvi dəyərlərimiz” mövzusunda çıxışlar edilib, diskusiyalar aparılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı "Fitnə" filminin nümayişi və gəncləri maraqlandıran sualların cavablandırılması ilə tədbirə yekun vurulub.