Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.11.2016

"Fitnə" filminin nümayişi davam etdirilir

Noyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Fatmayi kənd tam orta məktəbində “Fitnə” sənədli filminin nümayişi olub. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov, Şahlar Məmmədov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nuru Nadirov gənclərin zərərli dini cərəyanlardan qorunmasında, mövcud olan tolerantlıq muhitinin təbliğində DQİDK-nın ardıcıl həyata keçirdiyi maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib. O bildirib ki,  gənclərin dinə yanaşma tərzi də ənənəvilik çərçivəsində olmalıdır. İslamın elmə verdiyi dəyərdən bəhs edən natiq şagirdlərə öz tövsiyələrini də verib.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahlar Məmmədov bildirib ki, müasir dünyamızda din pərdəsi altında baş verən hadisələrə qloballaşma şəraitində laqeyd qalmaq mümkün deyil. Bildirilib ki, bu baxımdan hamılıqla soyuqqanlı bir şəkildə cəmiyyətdə sabitliyi pozmağa yönəlmiş istənilən cəhdə qarşı ayıq-sayıq və mətin olmalıyıq. Dövlət bu problemə qarşı məqsədyönlü şəkildə mübarizə aparır. Bir vətəndaş olaraq biz də bu mübarizədə dövlətə öz dəstəyimizi verməliyik. “Fitnə” sənədli filminin ərsəyə gətirilməsi də bu mübarizənin tərkib hissələrindən biridir.
Sonda film ətrafında müəllim və şagirdlərin iştirakı ilə müzakirələr aparılıb.