22.08.2014
"Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq" mövzusundakı seminar-treninqlər davam edir
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində ölkə üzrə silsilə seminar-təlimləri davam etdirir.
"Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq" mövzusunda seminar-təlimlər Azərbaycanın tolerantlıq və dözümlülük ənənələrinin tərənnümü, dini dözümsüzlüyə və radikallığa qarşı maarifləndirmə işlərinin aparılması məqsədi ilə həyata keçirilir.
Növbəti seminar-təlim avqustun 22-də Oğuz şəhərində Oğuz, Şəki, Qəbələ rayonlarındakı dini icma rəhbərlərinin və fəallarının iştirakı ilə keçirilib. Tədbirdə DQİDK, İƏT Gənclər Forumu, Milli Tolerantlıq Mərkəzi, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və rayon ziyalıları iştirak ediblər.
Əvvəlcə "Azərbaycan-tolerantlıq məkanı" mövzusunda videoçarx nümayiş olunub. İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov tədbirdə çıxış edərək bildirib ki, bu gün bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da Azərbaycanın tarixi ənənələri dinlərin, məzhəblərin dinc, yanaşı yaşamasına imkan verir. Lakin dünyaya örnək ola biləcək bu modeli sarsıtmaq üçün müxtəlif qüvvələr ölkəmizdə, xüsusən məzhəblər arasında gərginlik yaratmağa cəhdlər edirlər. Tarixən Azərbaycanda mövcud olmayan, müstəqilliyin ilk illərində ölkəmizə sızmış bir sıra cərəyanlar dini zəmində təfriqə yaratmağa cəhdlər göstərirlər. Lakin istər dövlət səviyyəsində, istərsə də yerli dini icmalar tərəfindən bunun qarşısı alınır. Düzgün dini maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir ki, insanlar bu cür zərərli cərəyanların təsirinə düşməsinlər.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Niyaz Yaqublu bildirib ki, bu gün dövlət dini icmalar üçün hər cür şərait yaradır. Ancaq bu, o demək deyil ki, bundan istifadə edən qüvvələrə göz yumulacaq. Tolerantlıq ənənələrini pozmağa cəhd edənlərə qarşı birlikdə mübarizə aparılacaq. Bu işdə dini icmalar dövlətlə birgə çalışmalıdır.
Milli Tolerantlıq Mərkəzinin direktoru Elmin Əliyev də qeyd edib ki, silsilə təlimlər avqust-sentyabr ayları ərzində davam etdiriləcək. O əlavə edib ki, bu seminar-təlimlərin komitə ilə birgə keçirilməsi dövlətin bu sahəyə olan diqqətinin göstəricisidir.
Ayrı-ayrı panellərdə davam edən seminar-təlimlərdə ilahiyyatçı ekspertlərin məruzələri dinlənilib. Məruzələr milli mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumlarının dini təməlləri istiqamətlərini əhatə edib.