Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.06.2018

Qubada “Vətən sevgisi imandandır” mövzusunda tədbir baş tutub

İyunun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və Quba Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Vətən sevgisi imandandır” mövzusunda tədbir keçirilib.
Rayonun Çiçi kəndində keçirilən tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba Rayon Təhsil Şöbəsinin əməkdaşı Anar Murtuzov, RİH başçısının Çiçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rüstəm Rzayev, kənd ağsaqqalları, dindarlar və gənclər iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev tədbirdə çıxış edərək qeyd edib ki, İslam dininə görə Vətən sevgisi imandandır və vətənpərvərlik İslamda əhəmiyyətli rol oynayır.  
Quba RİH başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxış edərək gənclərin vətənpərvərlik ruhunda yetişməsində dinin əhəmiyyətli dərəcədə rolunun olduğunu diqqətə çatdırıb. O bildirib ki, gənclərə Azərbaycanda mövcud olan ənənəvi dini biliklər öyrədilməli, onların kənar təsirlərdən müdafiə olunması üçün maarifləndirici tədbirlər daha tez-tez keçirilməlidir.
Quba Rayon Təhsil Şöbəsinin əməkdaşı Anar Murtuzov bildirib ki, təhsil sahəsində vətənpərvərliyin təbliği əsas şərtlərdəndir. Çünki insanın formalaşdığı vaxtın ilkin çağları məktəb illərinə düşür və bu illər ərzində düzgün istiqamətləndirmə önəmlidir. 
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gələn “Şəhadət” sənədli filmi nümayiş etdirilib və mövzu ətrafında müzakirələr aparılıb