Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.07.2017

Qubada seminar-treninq keçirilib

İyulun 18-də Nəsimi və Quba Rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qubada “Gənc İlhamçılar” yay düşərgəsi iştirakçıları üçün “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” mövzusunda seminar-treninq keçirilib.
Seminar-treninqdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasıyev, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Emin Hüseynov və gənclər  iştirak ediblər.
Seminar-treninqi giriş sözü ilə açan Nəsimi RİH başçısı Aparatının nümayəndəsi Emin Hüseynov gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasıyev Azərbaycanın multikulturalizm və İslam mədəniyyətinə böyük töhfələr verdiyini qeyd edib. Natiq İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsinin dəstəyi ilə çap edilən müvafiq dini ədəbiyyatı təqdim olunub.