Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.05.2021

Qubada “Nizami Gəncəvi yaradıcılığında humanizm ideyaları” adlı onlayn formatda tədbir keçirilib

Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzi, Qafqaz Müsəlmanları İdarəsinin Quba bölgəsi üzrə qazılığı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığında humanizm ideyaları” adlı onlayn formatda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, şöbənin əməkdaşları, Ombudsmanın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, ADPU-nun Quba filialının direktor müavini Aysel Şeydayeva, filialın müəllim və tələbələri, eləcə də din xadimləri iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi olan Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

O da bildirilib ki, Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir.