Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.02.2020

Qubada “Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu” mövzusunda dəyirmi masa keçirilib

19 fevral tarixində Qubada Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçıvəsində “Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu” mövzusunda dəyirmi masa keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz qazılığının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Öncə dəyirmi masa iştirakçılarına narkotik vasitələrin fəsadlarından bəhs edən maarifləndirici film nümayiş etdirilib.

Çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev qeyd edib ki, Azərbaycan əhalisinin böyük əksəriyyətinin etiqad etdiyi İslam dinində narkomaniya kimi insanın sağlamlığına ziyan olan pis vərdişlər qadağan edilib. Dini icmalar və din xadimləri də xüsusilə gənclərin narkotik vasitələrdən uzaq durmaları üçün fəaliyyət göstərərək bu işə yaxından dəstək olmalıdırlar.

Quba RİH-in başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov öz çıxışında narkomaniyaya aludə olmuş insanların cəmiyyətdən necə təcrid olunduqları, onların öz yaxınları tərəfindən qəbul edilmədiklərini diqqətə çatdırıb.

Digər tədbir iştirakçıları çıxışları zamanı qeyd ediliblər ki, gənc və orta nəsil narkomaniya və bu kimi pis vərdişlərdən uzaq durmaqla özündən sonrakı nəslə də sağlam yol açmış olar.