Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.07.2016

Qubada “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” mövzusunda tədbir keçirilib

İyulun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Quba rayonu Təngəaltı kəndi “Seyidlər” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai – siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba Rayon İcra Hakimiyyəti başçısının Çiçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rüstəm Rzayev,  “Seyidlər” məscidi dini icmasının sədri İdris Sultanov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri İdris Sultanov bildirib ki, həyata keçirilən layihənin əsas məqsədi xalqımızın min illərlə qoruyub saxladığı adət - ənənələri yeni nəsillərə ötürmək üçün təbliğat aparmaqdır. İcma sədri, eyni zamanda cəmiyyətdə dini radikalizmlə mübarizədə dindarların rolunu vurğulayıb.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev tədbirdə çıxış edərək  dövlətin dindarlara qayğısından danışıb. O, qeyd edib ki, Prezidentin Sərəncamı ilə ölkəmizdə  dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı ayrılıb və həmin vəsait hesabına regionlarda maarifləndirmə tədbirləri uğurla həyata keçirilir.  Daha sonra R. Xudayev bildirib ki, Azərbaycanda bütün dinlər və məzhəblər bərabər və qardaşlıq şəraitində yaşayırlar.
Daha sonra çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının Çiçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rüstəm Rzayev bildirib ki,  Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir.
Tədbirdə, həmçinin çıxış edən kənd sakinləri bu cür layihələrin həyata keçirilməsini müsbət hal kimi qiymətləndiriblər.