Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.11.2019

Qubada maarifləndirmə tədbiri təşkil olunub

Noyabrın 19-da Quba rayon Gənclər Mərkəzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin qəbulu və yayılmasına qarşı mübarizə: hüquqi və mənəvi müstəvidə” mövzusunda tədbir keçirilib.

Maarifləndirmə tədbirində Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Xudaverdiyev,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, Quba Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik leytenantı Bəhruz Bədəlov, Quba rayon prokurorunun müavini Pərviz Nərimanov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzin rəhbəri Bəhruz Əfəndiyev, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, ictimaiyyət nümayəndələri, eləcə də ziyalılar və gənclər iştirak ediblər.

Çıxışlarda narkomaniyanın, zərərli vərdişlərin insan sağlamlığı üçün təhdid olduğu bildirilib, narkomaniya ilə mübarizədə maarifləndirmənin əhəmiyyəti diqqətə çatdırılıb. Narkomaniyaya qarşı mübarizədə dövlətin həyata keçirdiyi tədbirlər haqqında da məlumat verilib.