27.06.2015
İyunun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Şabran rayon Şahnəzərli kənd məscidində “Dini radikalizmin ictimai-siyasi fəsadları” mövzusunda toplantı keçirilib. Toplantıda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının kənd icra nümayəndəsi Murad Novruzov, kənd bələdiyyəsinin sədri Sahib Məmmədov, dindarlar və kənd sakinləri iştirak ediblər.
Qubada “İslam zərərli vərdişlərə yox deyir” adlı tədbir keçirilib
İyunun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) maliyyə yardımı ilə Quba rayonu II Nügədi kənd “Molla Hud” məscidində “İslam zərərli vərdişlərə yox deyir” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbə müdiri Eynulla Nurullayev, rəsmi şəxslər, ayrı-ayrı məscidlərin axund və imamları, dindarlar və kənd sakinləri iştirak ediblər.
Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxış edərək tədbir iştirakçılarını Ramazan ayının gəlişi münasibətilə təbrik edib. Daha sonra DQİDK tərəfindən maliyyələşdirilmiş bu layihənin vacibliyini və qloballığını diqqətə çatdıraraq bildirib ki, Azərbaycan dövləti belə səpkili layihələr vasitəsilə ən ucqar kəndlərdə yaşayan vətəndaşlara da maariflənməkdə köməklik edir.
Layihə rəhbəri İlkin Qayıbov çıxış edərək həyata keçirilən layihə haqqında iştirakçılara geniş məlumat verib.
İyunun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Şabran rayon Şahnəzərli kənd məscidində “Dini radikalizmin ictimai-siyasi fəsadları” mövzusunda toplantı keçirilib. Toplantıda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının kənd icra nümayəndəsi Murad Novruzov, kənd bələdiyyəsinin sədri Sahib Məmmədov, dindarlar və kənd sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə məscidin axundu Rahil Soltanov açaraq həyata keçirilən tədbir haqqında qısa məlumat verib və məscidin fəaliyyəti barədə danışıb.
Daha sonra DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev mövzu ilə əlaqədar geniş məruzə edib. O, məruzəsində dini radikalizmin cəmiyyətə vura biləcəyi zərbələrdən və törədəcəyi fəsadlardan bəhs edib.
Tədbirin sonunda məscidə Dövlət Komitəsi tərəfindən çap edilmiş müxtəlif adda dini kitablar hədiyyə edilib.