Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.06.2016

Qubada insan hüquqları aylığına həsr olunmuş tədbir keçirilib

İyunun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin,Ombudsmanın Quba regional mərkəzi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba şəhəri “Hacı Cəfər” məscidində insan hüquqları aylığına həsr olunmuş “Azərbaycanda insan haqları multikultural dəyərlər işığında” mövzusunda tədbir keçirilib.Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev, Ombudsmanın Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, Quba Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, QMİ-nin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi, “Hacı Cəfər” məscidinin imamı Elnur Əfəndiyev, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMİ-nin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi, “Hacı Cəfər” məscidinin imamı Elnur Əfəndiyev Qurani-Kərimdən insan haqları ilə bağlı nümunələr gətirib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev çıxış edərək dövlət-din münasibətlərinin fonunda Azərbaycan dövlətinin dindarlara göstərdiyi qayğıdan bəhs edib.
Tədbirdə,həmçinin Ombudsmanın Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, Quba Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov Quba rayonunda dindarlar üçün yaradılmış şəraitdən, dövlət-din münasibətlərindən bəhs ediblər.