05.06.2017
Qubada “İnsan hüquqları aylığı”na həsr edilmiş dəyirmi masa keçirilib
İyun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Quba Regional Mərkəzi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı”na həsr edilmiş dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Quba Regional Mərkəzinin direktoru Bəhruz Əfəndiyev ölkəmizdə insan hüquqlarının müdafiəsi məqsədi ilə qəbul olunmuş mühüm qanun və proqramlar barədə məlumat verib. O qeyd edib ki, insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biridir.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə iyun ayının 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu tədbir iştirakçılarının diqqətinə çatıdırıb. Dövlət-din münasibətlərindən də danışan şöbə müdiri Azərbaycanda hər kəsin, o cümlədən dindarların hüquqlarının qorunduğunu bildirib.
Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Elnur Manafov “Azərbaycan dövləti daima insan hüquqlarının təminatçısıdır” mövzusunda məruzə ilə çıxış edib. O, bu cür tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib.
Daha sonra tədbirdə iştirak edən dini icma sədrləri və dindarlar insan hüquqları və azadlıqları sahəsində əldə edilmiş nailiyyətlərimizin əhəmiyyətindən danışıblar.
(34).jpg)
(180).jpg)
.jpg)