Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.06.2021

Qubada “İnsan hüquqları aylığı” çərçivəsində videokonfrans keçirilib

İyunun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba və Şabran bölgələri üzrə qazılıqlarının birgə təşkilatçılığı ilə “İnsanların inanc azadlığına hörmət, hüquqi və mənəvi borcumuzdur” adlı videokonfrans keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, şöbənin əməkdaşları, Ombudsmanın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, QMİ-nin bölgədə fəaliyyət göstərən səlahiyyətli nümayəndələri və din xadimləri iştirak ediblər.

Şöbə müdiri Eynulla Nurullayev Azərbaycan Respublikasının Konstitusiyasını nümunə göstərərək bildirib ki, Azərbaycanda insanların əqidə və vicdan azadlığı əsas prioritetlərdəndir. Ölkəmizdə dindarların ibadətlərini rahat şəkildə həyata keçirmələri üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.    

Çıxış edən digər tədbir iştirakçıları da dövlətin dindarların azadlıqlarının qorunub saxlanılması sahəsində həyata keçirdiyi işlərdən bəhs edərək, bu sahədə Azərbaycanın dünyaya nümunə olduğunu bildiriblər.