Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.06.2020

Qubada “İnsan Hüquqları Aylığı” çərçivəsində videokonfrans keçirilib

İyunun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Quba Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində videokonfrans baş tutub.

Videokonfransda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, şöbənin əməkdaşları, Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba, Qusar, Şabran, Siyəzən rayon dini icma sədrləri, üzvləri və imamlar iştirak ediblər.

Videokonfransı giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri E.Nurullayev, Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev və başqaları mövzunun əhəmiyyətindən danışıblar. Azərbaycan dövlətinin vətəndaşlarımızın insan hüquq və azadlıqları ilə bağlı qanunvericiliyin daha da mükəmməlləşdirilməsi sahəsində mühüm addımlar atdığı vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.