Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.05.2017

Qubada “Heydər Əliyev irsi milli – mənəvi dəyərlər kontekstində” adlı tədbir keçirilib

Mayın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Quba şəhəri “Ərdəbil” məscidində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş “Heydər Əliyev irsi milli – mənəvi dəyərlər kontekstində” mövzusunda tədbir keçirilib.
Tədbirdə  DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə nümayəndəsi Naib Səttarov, Quba rayonunda fəaliyyət göstərən dini icmaların sədrləri, imamlar və axundlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra yox olmaqda olan milli–mənəvi dəyərlərimizə və Azərbaycanda mövcud olan ənənəvi İslam dininə baxışın tamamilə dəyişərək yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib. Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bərbad vəziyyətə düşmüş məscid və ziyarətgahlar yenidən, əsaslı təmir olunaraq dindarların ixtiyarına verilib. Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev də bu yolda çox böyük işlər görür və ibadət evlərini - məscidləri, sinaqoqları və kilsələri bərpa etməklə və yaxud da yenilərini tikməklə dinə və dindara dövlət qayğısının yüksək səviyyədə olduğunu nümayiş etdirir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev tədbirdə geniş məruzə ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ənənəvi İslam dinini milli–mənəvi dəyərlərimizin tərkib hissəsi kimi qorunduğunu deyib.O qeyd edib ki, Heydər Əliyev dəfələrlə dindarlarla görüşüb, milli–mənəvi və dini dəyərlərimizin əbədiyaşar olacağını çıxışlarında xüsusi vurğulayıb. Onun müəyyən etdiyi strateji xətt bu gün etibarlı əllərdə layiqincə icra olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də milli–mənəvi və dini dəyərlərə xüsusi önəm verərək bu sahədə çox böyük işlər görür. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva nüfuzlu Beynəlxalq qurumlarda və təşkilatlarda Azərbaycanın milli–mənəvi və dini dəyərlərinin təbliğini yüksək səviyyədə həyata keçirir.
İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev çıxışında Ümummilli Lider Heydər Əliyevin insan hüquq və azadlıqlarına verdiyi önəmdən bəhs edərək bildirib ki, bunu bariz nümunəsi əsası Ulu Öndər tərəfindən qoyulan tolerant və multikultural dəyərlərin Azərbaycan modelidir.