Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.03.2017

Qubada “Həmrəylik birliyimizdir!” adlı tədbir keçirilib

Martın 10-da "İslam Həmrəyliyi İli" çərçivəsində Quba şəhəri “Ərdəbil” məscidi dini icmasının təşəbbüsü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Həmrəylik birliyimizdir!” adlı tədbir keçirilib.
Tədbirdə Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov və din xadimləri iştirak edib.
Tədbirdə çıxış edən QMİ-nin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov bildirib ki, Azərbaycanda mövcud olan dini dözümlülük və tolerant mühit dindarların ürəyincədir: “Azərbaycan dindarı istədiyi vaxt, sərbəst şəkildə dini ibadət yerlərində  ibadətini edə bilir. Bu şəraiti Azərbaycan dövləti yaradıb”.
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov isə dövlət-din münasibətlərinə toxunaraq qeyd edib ki, dünyanın unikal dövlətlərindən olan Azərbaycanda dini stabillik daim qorunur.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev isə qeyd edib ki, bu tədbir Prezident İlham Əliyev tərəfindən 2017-cı ilin "İslam Həmrəyliyi İli" elan olunması fonunda mühüm əhəmiyyət daşıyır və dindarlarımızın vəhdət şəklində ibadət etmələri üçün daha böyük imkanlar yaradır. Ramin Xudayev çıxışının davamında vurğulayıb ki, ölkə rəhbərliyinin  dinə və dindara verdiyi dəyər və qiymət bu gün Azərbaycanda sabit dini mühitin formalaşmasına şərait yaradır.
Daha sonra dindarlar vəhdət şəklində cümə namazı qılıblar.