Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.07.2017

Qubada “Ənənəvi İslam və həmrəylik” adlı tədbir keçirilib

İyulun 28-də Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Quba şəhəri “Ərdəbil” məscidi dini icmasının təşkilatçılığı ilə məsciddə “Ənənəvi İslam və Həmrəylik” layihəsinin növbəti tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, “Ərdəbil” məscidi dini icmasının sədri Naib Səttarov və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Naib Səttarov layihənin əhəmiyyəti barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan dövləti dindarlara ən yüksək səviyyədə qayğı göstərir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev Azərbaycanda mövcud olan tolerantlıq mühitindən, İslam dininə olan dövlət qayğısından danışıb. E.Ağasıyev dövlətimizin İslam həmrəyliyinə böyük dəyər verdiyini bildirib, eyni zamanda vurğulayıb ki, Azərbaycan dövləti dövlət – din münasibətlərini ən yüksək səviyyədə qoruyaraq ənənəvi İslam dininə hörmət və xüsusi qayğı ilə yanaşır. Tikilən və yenidən bərpa olunan ibadət ocaqlarımız buna əyani nümunədir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.