Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.06.2016

Qubada dini radikazlimlə mübarizə müzakirə olunub

İyunun 10-da Quba şəhəri “Ərdəbil” məscidində DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə mötədil dindarların rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, QMİ-nin şimal bölgəsi üzrə qazısı Naib Səttarov, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbirdə ilk çıxış edən bölgə qazısı Naib Səttarov bildirib ki, Azərbaycanda mövcud olan dini durum dünyaya nümunə olacaq formadadır. Məzhəblərarası münasibət ən yüksək səviyyədədir. Ümumiyyətlə, Azərbaycanda məzhəblərarası münasibətlə bağlı hər hansı mənfi halın baş verməsi mümkün deyildir. Çünki Azərbaycanda tarix boyu dində məzhəb qarşıdurması baş verməyib və  məzhəbə görə ayrı seçkilik edilməyib.
Daha sonra çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxışında dövlət – din münasibətlərinə toxunaraq Azərbaycanda dindarların ibadəti üçün yaradılmış şəraitdən bəhs edib. O, qeyd edib ki, radikalizmə qarşı mübarizədə mötədil dindarların bir araya gəlib hər xırda problemi yerində həll etməsi mühümdür.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və dini ədəbiyyat paylanılıb.