Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.05.2016

Qubada “Dini radikalizmlə mübarizədə dindarların rolu” mövzusunda tədbir keçirilib

Mayın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Quba şəhərində “Dini radikalizmlə mübarizədə dindarların rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev, QMİ-nin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Elnur Əfəndiyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev qeyd edib ki, çox konfessiyalı və çoxmillətli əhali qruplarından ibarət olmasına baxmayaraq, ölkəmizdə daim sabitlik və mehribançılıq hökm sürməkdədir. Radikalizmlə mübarizədə görülən tədbirlərdən danışan Ramin Xudayev layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Daha sonra QMİ-nin Quba rayonundakı səlahiyyətli nümayəndəsi Elnur Əfəndiyev dini radikalizm, dini ifratçılıq və dini ekstremist şəxslər və onlarla ənənəvi İslam dəyərlərini qorumaqla mübarizə aparılması barədə fikirlərini tədbir iştirakçılarına çatdırıb. O, dini radikalizmin fəsadlarından, ənənəvi İslam dəyərlərinin radikal və ekstremist düşüncədən uzaqlaşmadakı rolu, həmçinin, gəncləri qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremistlərin təsirinə düşməkdən çəkindirmədə dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib.