05.07.2016
Qubada dini radikalizmlə mübarizə məsələsi müzakirə olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə iyulun 4-də Quba rayonu Təngəaltı kəndi “Seyidlər” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli – mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” adlı layihə çərçivəsində rayonunun Təngəaltı kəndində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, şöbənin əməkdaşı Elnur Ağasiyev, “Seyidlər” məscidi dini icmasının sədri İdris Sultanov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə icma sədri İdris Sultanov açaraq bildirib ki, həyata keçirilən layihənin əsas məqsədi xalqımızın min illərlə qoruyub saxladığı adət - ənənələri yeni nəsillərə ötürmək üçün təbliğat aparmaqdır. İcma sədri, eyni zamanda cəmiyyətdə dini radikalizmlə mübarizədə dini maarifləndirmənin əhəmiyyətini vurğulayıb.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev tədbirdə çıxış edərək dövlətin dindarlara qayğısından danışıb. O, qeyd edib ki, ölkə Prezidentinin Sərəncamı ilə ölkəmizdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı ayrılıb və həmin vəsait hesabına regionlarda maarifləndirmə tədbirləri uğurla həyata keçirilir. Daha sonra R. Xudayev bildirib ki, məhz ölkədə dini sahədə aparılan maarifləndirmə tədbirlərinin nəticəsi kimi radikalizm meyilləri azalıb. Azərbaycanda bütün dinlər və məzhəblər bərabər və qardaşlıq şəraitində yaşayırlar.
Təıədbirdə çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev bildirib ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir.
.png)
.png)
.png)