20.06.2016
Qubada dini radikalizmlə mübarizə məsələsi müzakirə olunub
İyunun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşəbbüsü və Quba rayonu II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının təşkilatçılığı ilə “Dini radikalızmlə mübarizədə mötədil dindarların rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları Ramin Xudayev, Elnur Ağasiyev, Quba rayonu II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov, Quba Rayon İcra Hakimiyyəti başçısının II Nügədi kəndi üzrə nümayəndəsi Dəyanət Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin Quba regionu üzrə qazısı Naib Səttarov, dindarlar, ağsaqqallar və gənclər iştirak edibər. Tədbiri giriş sözü ilə açan Quba rayonu II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov çıxışında dini radikalizmlə mübarizədə maarifləndirmənin rolunu önə çəkib. Daha sonra çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev bildirib ki, Azərbaycanda dindarların rahat şəraitdə ibadət etməsi üçün imkanlar yaradılıb. DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev isə çıxışı zamanı vurğulayıb ki, Azərbaycanda dini zəmində qarşıdurmanın baş verməməsinin əsas səbəbi Azərbaycan xalqının əsrlər boyu tolerant dəyərlərə hörmət ruhunda yaşamasıdır.
.png)
.png)
.png)
.png)