Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.06.2015

Qubada “Dini radikalizmin ictimai – siyasi fəsadları” mövzusunda tədbir keçirilib

İyunun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Quba şəhəri “Ərdəbil” məscidində “Dini radikalizmin ictimai – siyasi fəsadları” mövzusunda tədbir keçirilib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbə müdiri Eynulla Nurullayev çıxış edərək, dini radikalizmin və ekstremizmin mənfi xüsusiyyətlərindən bəhs edib. Bildirib ki, müxtəlif dinlərin nümayəndələrinin yaşadığı Azərbaycanda stabillik və sabitlik hökm sürür.
Daha sonra məscidin axundu Naib Səttarov mövzu ilə bağlı öz fikirlərini bölüşüb. Axund qeyd edib ki, bu cür görüşlər mütəmadi xarakter daşımalıdır.
Həmin gün eyni mövzu ilə Quba rayonu Xucbala və Digah kəndlərinin məscidlərində də tədbir keçirilib. Qeyd olunan tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları dindarlar qarşısında çıxış ediblər.
Tədbirlərin sonunda  DQİDK tərəfindən hazırlanmış dini ədəbiyyat məscidlərə hədiyyə olunub.
Keçirilən  görüşlər dindarlar tərəfindən müsbət qarşılanıb.
Xatırladaq ki, mövzu ilə əlaqədar olaraq Quba bölgəsinə daxil olan rayonların məscidlərində  bu cür tədbirlər silsilə şəklində davam etdiriləcək.