Şriftin ölçüsü:
Saytın rəngi:
Avqustun 21-də Quba rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu” mövzusunda təlim keçirilib.
Təlimdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini məsələlər şöbəsinin müdiri Cahandar Əlifzadə, şöbənin əməkdaşı Aslan Sultanov, Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı Rəfail Əsgərov, bölgədəki rayonların İcra Hakimiyyətlərinin nümayəndələri, Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının dini icma sədrləri iştirak edib.
Regionun dini icma nümayəndələri üçün təşkil edilən təlimdə “Dövlət-din münasibətlərinin inkişafı - terrorla mübarizədə əsas vasitə kimi”, “Terrorun maliyyələşməsində din faktoru” mövzularında məruzələr edilib, “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə qeyri-kommersiya təşkilatlarının (dini qurumların) öhdəlikləri” adlı təqdimat həyata keçirilib. Təlim zamanı müvafiq sahədəki problemlərə və onların həll üsullarına diqqət çəkilib.
Eyni zamanda, təlim iştirakçılarına “Hədəfli maliyyə sanksiyalarının tətbiqinə dair Təlimat” və yeni hesabat nümunəsi təqdim edilib.
Təlimin sonunda iştirakçıları maraqlandırlan suallar cavablandırılıb.