Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.12.2016

Qubada dini icmaların iştirakı ilə ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Dekabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayonunda fəaliyyət göstərən dini icma sədrlərinin, imam və axundların iştirakı ilə dini sahədə 2016-cı ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, dini icma sədrləri, imamlar, axundlar və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, 2016-cı ildə Quba rayonunda dini durum sabit olub. 2016-cı ilin ölkədə “Multikulturalizm ili” olması ilə bağlı rayon ərazisində kifayət qədər tədbirlər keçirilib. Quba rayonunda mövcud olan tolerant və multikultural mühit bura səfərə gələnlərin diqqətinə səbəb olubdur.
Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov il ərzində rayonda keçirilən maarifləndirici tədbirlərdən danışaraq, dini icmaların və dini fəaliyyətlə məşğul olan şəxslərin rayonda dini durumun sabitliyinin qorunması sahəsində, həmçinin, dini radikalizm və ekstremizm əleyhinə mübarizədə daha effektiv və ardıcıl fəaliyyət göstərmələrini tövsiyə edib.
Daha sonra ayrı-ayrı dini icmaların sədrlərinin, imam və axundların çıxışları dinlənilib, sualları cavablandırılıb.