Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.03.2017

Qubada dindarlar azərbaycanlılara qarşı törədilmiş soyqırımını pisləyiblər

Martın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti və Quba rayon II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Qubada yerləşən Soyqırımı Memorial Kompleksinə ziyarət təşkil olunub, tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba rayonu II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov, dini icma üzvləri və dindarlar iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar memorial komplekslə və tarixi faktlarla tanış olublar. Dindarlar bu hadisələri törədən erməni qəsbkarlarını və onların havadarlarını qınayıb, tez bir zamanda dünya ictimaiyyətinin bu məsələlərə düzgün yanaşaraq layiqli qiymətini verəcəklərinə inandıqlarını bildiriblər.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev qeyd edib ki, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı SSRİ imperiyası illərində xalqdan gizlədilib və tarix saxtalaşdırılaraq nəsillərə başqa formada çatdırılıb. Lakin ölkəmiz müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin diqqəti və qayğısı ilə Azərbaycan tarixi yenidən işlənilərək, tarixi faktlar olduğu kimi bizə çatdırılıb.
Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov qeyd edib ki, Qubada aşkarlanmış bu məzarlıq tarixdə bizə qarşı törədilmiş soyqırımı aktının canlı şahididir. Xalqımıza qarşı törədilmiş bu ağır cinayət təkcə bir insana, bir azərbaycanlıya qarşı deyil, insanlığa və bəşəriyyətə qarşı edilən cinayətdir.
Quba rayonu II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov çıxışında bildirib ki, İslam dini günahsız insanların qanlarının tökülməsini qəti şəkildə pisləyir.
Sonda iştirakçılar 31 Mart Soyqırımına həsr olunmuş filmə baxıblar.