Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.11.2019

Qubada Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir baş tutub

Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayonu Qırmızı qəsəbədə 16 noyabr – Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təkilatçısı Tariyel İbrahimov, Quba rayonu Qırmızı qəsəbə bələdiyyəsinin sədri Yafo Yadadayeva, Qafqaz Müsəlmanları İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov, dini icmaların üzvləri, din xadimləri, ziyalılar, gənclər iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycanda müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələrinin bir ailə kimi yaşadığı, dini və milli dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olduğu qeyd edilib. Beynəlxalq Tolerantlıq Gününün 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis olunduğu diqqətə çatdırılıb.