Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.06.2016

Qubada “Azərbaycanda multikultural və tolerant dəyərlər” mövzusunda tədbir keçirilib

İyunun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşəbbüsü və Quba rayonu II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının təşkilatçılığı ilə “Azərbaycanda multikultural və tolerant dəyərlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba rayonu II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov, Quba rayonu II Nügədi kəndi “Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə, Quba rayonu I Nügədi kənd məscidi dini icmasının sədri Bahadır Kərimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə  çıxış edən  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, bu gün Azərbaycanda hökm sürən tolerant və multikultural mühitin qorunub saxlanmasında Azərbaycan dövlətinin xüsusi əməyi vardır. 
Daha sonra Quba rayonu II Nügədi kəndi “Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə çıxışında qeyd edib ki, Quba bölgəsi azsaylı xalqların daha çox məskunlaşdığı ərazi olduğundan burada formalaşan multikultural ənənələr xaricdən gəlmiş qonaqların daima diqqətinə səbəb olub.
Quba rayonu I Nügədi kənd məscidi dini icmasının sədri Bahadır Kərimov çıxışı zamanı ölkəmizdəki multikultural mühitin artıq dünya dövlətlərinin öz praktikasında istifadə etdiyini bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.