Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.01.2021

Qubada 20 Yanvar şəhidləri anılıb

Yanvarın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Quba şəhər "Şəhidlər  xiyabanı"na ziyarət təşkil olunub.  Ziyarətdə Dövlət Komitəsinin bölgə şöbəsinin əməkdaşları, QMİ-nin bölgə qazılığının nümayəndələri, rayon dindarları, şəhid ailələrinin üzvləri və müharibə qaziləri iştirak ediblər. 

Əvvəlcə "Qurani-Kərim"dən ayələr oxunub, dualar edilib. "Şəhidlər xiyabanı" ziyarət olunduqdan sonra çıxışlar edilib. Çıxış edənlər 20 yanvar hadisələrinin Azərbaycan xalqının oyanışında, müstəqilliyin əldə olunmasında və qorunub saxlanılmasında əhəmiyyəti rol oynadığını bildiriblər.