24.08.2016
Quba rayonunun Amsar kəndində “Fitnə” filmi nümayiş etdirildi
Avqustun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Amsar kənd məscidində “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib.
Mərasimdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dini maarifləndirmə şöbəsinin müdir müavini Ruslan Əsgərov, Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev, Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə, Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Quba RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxış edərək bildirib ki, dövlətin dini radikalzimlə mübarizə sahəsində həyata keçirdiyi maarifləndirmə işi müsbət nəticə verməkdədir. Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev dini radikalizmlə mübarizədə hər kəsi fəal olmağa çağırıb.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dini maarifləndirmə şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə çıxış edərək dini radikalizmin fəsadları və onunla effektiv mübarizə yollarından söz açıblar.
Müzakirələrlə davam etdirilən tədbirin sonunda DQİDK-nın sifarişi ilə ərsəyə gələn “Fitnə” filmi nümayiş olunub.
.jpg)
.jpg)
(18).jpg)
.jpg)