Quba, Oğuz və Astarada "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbirlər keçirilib
Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Quba şəhəri “Ərdəbil” məscidində “Dini radikalizm: insan hüquq və azadlıqılarına təhlükə kimi” adlı tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Ombudsmanın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, QMİ-nin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov, din xadimləri və dindarlar iştirak ediblər. DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsi, Oğuz rayonu Gənclər və İdman İdarəsi və Oğuz Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Xaçmazqışlaq kənd tam orta məktəbində ‘’İnsan Hüquqları Ayliğı’’ çərçivəsində keçirilən tədbirdə isə Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbənin əməkdaşı Samir Salehov, məktəbin müəllimləri və şagirdlər iştirak ediblər. Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib. Şəhərin C.Babayev adına 3 saylı tam orta məktəbində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara RİH-nin Hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov, məktəbin direktoru Adil Rzayev, müəllimlər və şagirdlər iştirak ediblər.Tədbirlərdə vurğulanıb ki, Azərbaycan dövləti, siyasi-hüquqi potensialından tam istifadə etməklə, bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulub. Qeyd olunub ki, ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılıb. Həmçinin, gənclərə göstərilən dövlət qayğısından, dünyəvi, hüquqi və demokratik dövlət olan Azərbaycanda insan hüquq və azadlıqlarının təminati sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətindən bəhs olunub.






