26.02.2016
Quba bölgəsində Xocalı soyqırımı qurbanları yad edildi
Bəşəriyyət tarixinin ən dəhşətli kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi tərəfindən Xocalı soyqırımına həsr olunmuş anım mərasimləri təşkil edilib. Şimal bölgəsinin bir sıra məscidlərində həyata keçirilən anım mərasimlərində Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Quba şəhər “Hacı Cəfər” məscidində Xocalı faciəsinə həsr edilmiş anım mərasimində iştirak edən şöbə müdiri Eynulla Nurullayev qeyd edib ki, soyqırımı siyasəti erməni vandalizminin xislətidir və Xocalı soyqırımı nəinki azərbaycanlılara qarşı, ümumilikdə bütün bəşəriyyətə qarşı çevrilmiş qanlı bir cinayətdir. Qafqaz Müsəlmanlarə İdarəsinin səlahiyyətli nümayəndəsi Elnur Əfəndiyev çıxışı zamanı insanların, xüsusi ilə uşaq, qadın və yaşlıların amansızlıqla öldürüldüyü Xocalı qətliamının insanlıq tarixində misli görünməmiş bir cinayət olduğunu vurğulayıb.

Yüzlərlə dindarın iştirak etdiyi mərasimin sonunda Xocalı hadisəsində həyatını itirənlərə dualar oxunaraq, Allahdan işğal altında olan torpaqlarımızın tezliklə azad edilməsi istənilib.
.jpg)
.jpg)
.jpg)