Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.10.2017

Qobustanda “Şəhadət” filmi nümayiş olunub

Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qobustan rayonu Təklə Mirzəbaba kənd məscidi dini icmasının “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” layihəsi çərçivəsində “Məzhəblərarası vəhdət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qobustan RİH başçısının Təklə Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Baxşalıyev Baxşalı, Təklə-Mirzəbaba kənd orta məktəbinin direktoru Vüsal Şıxalıyev, dini icma sədri Elman Qayıbov, kənd ağsaqqalları, müəllimlər və şagirdlər  iştirak ediblər.
Çıxışlar zamanı məzhəblər arasında ayrı-seçkiliyin ölkəmiz üçün yad olduğu qeyd edilib, bu baxımdan tolerantlıq ənənələrinin önəmi vurğulanıb.Bildirilib ki, məzhəb ayrı-seçkiliyinin yaradılması, dini dözümsüzlük amillərinin gücləndirilməsi ciddi fəsadlarla nəticələnir.
Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında hazırlanmış “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.