Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.10.2016

Qobustanda “Radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qobustan şəhər 1 saylı tam orta məktəbində Qobustan şəhəri “Heydər” məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “Radikalizm və onun fəsadları” mövzusunda dini maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, dini icmanın sədri Çingiz Babaşov, şəhər 1 saylı tam orta məktəbin direktoru İmran Sabirov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib və radikalizmin qarşısının alınmasında təhsilin önəmi xüsusi qeyd edilib. Həmçinin milli-mənəvi dəyərlərimizin qorunmasında yeniyetmə və gənclərin üzərinə düşən mühüm vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.