Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.12.2016

Qobustanda “Milli-mənəvi dəyərlərimiz və müasirlik” adlı maarifləndirici tədbir keçirilib

Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qobustan şəhəri “Heydər” məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və müasirlik” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov, dini icmanın sədri Çingiz Babaşov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər milli-mənəvi və dini dəyərlərimizin qorunması, vətənpərvərlik prinsiplərinin təbliğində gənclərin üzərinə düşən mühüm vəzifələr, eləcə də milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılması istiqamətində bu cür layihələrin reallaşdırılmasının vacibliyindən danışıblar.
Sonda tədbir iştirakçıları bu cür tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.