20.12.2016
Qobustanda “Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı maarifləndirici tədbir təşkil olunub
Dekabrın 20-də Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qobustan şəhəri “Heydər” məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dinşunaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev, Şamaxı bölgəsi üzrə şöbənin müdiri Rəhim Rəhimli, şöbənin əməkdaşı Cavid Əhmədov, Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, dini icmanın sədri Çingiz Babaşov, dini icma üzvləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zəruriliyindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışılıb. Milli-mənəvi dəyərlərimiz və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusilə də milli-mənəvi dəyərlərimizə sahib çıxmağın hər kəsin vətəndaşlıq borcu olduğu xüsusi qeyd edilib.
Sonda tədbir iştirakçıları bu kimi tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.