Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.06.2017

Qobustanda “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

İyunun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qobustan rayon Cəmcəmli kənd tam orta məktəbində “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli və əməkdaşı Cavid Əhmədov, Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, rayon Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərov, rayon Polis şöbəsinin əməkdaşı Elmir Əliyev, Cəmcəmli kənd tam orta məktəbinin direktoru Ziyafət Bayramova, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxışlarda ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsinin dövlətin ən ali məqsədi olması diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunması, buna uyğun olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ölkəmizdə hər il ənənəvi olaraq keçirilən “İnsan hüquqları aylığı” çərçivəsində baş tutan maarifləndirici tədbirlərin əhəmiyyəti olduqca böyükdür.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.