Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.12.2016

Qobustanda “Dini radikalizmin qarşısının alınmasında ənənəvi İslam dəyərlərinin rolu” mövzusunda tədbir keçirilib

Dekabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qobustan şəhəri “Heydər” məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “Dini radikalizmin qarşısının alınmasında ənənəvi İslam dəyərlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, dini icmanın sədri Çingiz Babaşov və  rayonun səhiyyə işçiləri iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizmin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin əhəmiyyətli rola malik olduğu diqqətə çatdırılıb. Ənənəvi İslam dəyərlərinin insanlara düzgün formada təbliğ edilməsi sahəsində dini icmaların və din xadimlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin üzərinə düşən vəzifələr haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.