29.10.2016
Qobustan və Şamaxı rayonlarında dini maarifləndirmə tədbirləri davam etdirilir
Oktyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qobustan şəhəri “Heydər” məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “Azərbaycan tolerantlıq mühiti dünyaya nümunə kimi” adlı dini maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şəhriyar Soltan, dini icmanın sədri Çingiz Babaşov, rayonun mədəniyyət işçiləri iştirak ediblər. Çıxışlar zamanı Azərbaycandakı tolerant mühitdən, ölkəmizdəki dini konfessiyaların birgəyaşayış prinsipləri barədə geniş məlumat verilib. Bildirilib ki, tarixən mövcud olmuş və bu gün də davam edən tolerantlıq ənənələrimizin dəyərləndirilməsi, bu dəyərlərimizə hörmətlə yanaşılması xüsusi önəm daşıyır və son dövrlərdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulması tarixi tolerantlıq ənənələrimizin inkişafını təmin edir.
***
Oktyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “İslam sülh dinidir” adlı dini maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, şöbəsinin baş məsləhətçisi Cavid Əhmədov, Şamaxı şəhər “Cümə” məscidi mərkəz dini icmasının sədri Akif Hüseynov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Adnalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asim Mahmudov, dini icmanın sədri Ramil İsrayılov, dini icma üzvləri, Adnalı kənd tam orta məktəbin direktoru Səxavət Nəbiyev, müəllimlər və şagirdlər iştirak ediblər. Çıxışlar zamanı Azərbaycanda ənənəvi İslam dininin tarixi və hal-hazırda dövlətin din sahəsində apardığı uğurlu siyasətdən danışılaraq bildirilib ki, müxtəlif xalqların, eləcə də müxtəlif dinlərin nümayəndələri Azərbaycanda tarixən qardaşlıq və sülh şəraitində yaşayıblar. Sonda tədbir iştirakçıları bu tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib