Qobustan rayonunda onlayn seminar-müşavirə keçirilib
İyulun 30-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Aşura mərasimləri: tarix, ənənə və hüquq müstəvisində” mövzusunda onlayn seminar-müşavirə keçirilib.
Tədbirdə Qobustan RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, ictimaiyyət nümayəndələri, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı vurğulanıb ki, milli adət və ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sistemindəki rolunun tədqiqi həmişə aktual olmuşdur. Çünki milli adət və ənənələr tarixin bütün mərhələlərində ictimai, mədəni tərəqqinin əsas göstəricisi kimi nəzərə çarpmışdır.
Sonda iştirakçıların maraqlandıran sullar cavablandırılıb.



