Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.07.2021

Qobustan rayonunda “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda onlayn seminar keçirilib

Avqustun 26-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda onlayn seminar keçirilib. Seminarda DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, Qobustan rayonunun din xadimləri, dini icma sədrləri və ziyalılar iştirak ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət-din münasibətlərinin yeni müstəvidə formalaşdığını, Azərbaycanda dövlət səviyyəsində dinə xüsusi diqqət göstərildiyini qeyd edilib. O da bildirilib ki, ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət daim bu sahəyə dəstək göstərir. Vurğulanıb ki, ölkəmizdə dövlət-din münasibətləri, dinlərarası əlaqələr sağlam zəmin üzərində qurulub.Bu gün dünyanın bir çox ölkəsində dini zəmində zorakılığın, münaqişələrin şahidi olsaq da, Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi seçilir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir, bütün dinlərin, etnik qrupların nümayəndələri bir ailə kimi sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, tolerantlıq mühiti, eləcə də dini radikalizm və ekstremizmə qarşı mübarizədə əldə olunmuş nailiyyətlər barədə də məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.