Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.02.2017

Qobuda məktəblilərə “Fitnə” sənədli filmi nümayiş edilib

Fevralın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qobu qəsəbə 1saylı tam orta məktəbdə “Fitnə” sənədli filminin nümayişi olub.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov, Şahlar Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Cəbrayıl Cəfərquliyev gənclərin zərərli dini cərəyanlardan qorunmasında, mövcud olan tolerantlıq mühitinin təbliğində DQİDK-nın ardıcıl həyata keçirdiyi maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib. O, həm də qeyd edib ki, gənclərin dinə yanaşma tərzi də ənənəvilik çərçivəsində olmalıdır.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahlar Məmmədov müsəlman dünyasında din adı və ya din pərdəsi altında baş verən qanlı olayları şərh edərək bildirib ki, ölkəmizdə də bəzi zərərli dini cərəyanların təbliğatçıları özlərinə sosial baza  yaratmağa cəhdlər  edirlər. Belə cəhdləri önləmək üçün maarifləndirmə  işinin  genişləndirilməsinə xüsusi önəm verilməlidir. Təqdim olunan “Fitnə” sənədli filmi bu baxımdan mötəbərdir.
Çıxışlardan sonra “Fitnə” filmi nümayiş etdirilib, tədbir  iştirakçılarını  maraqlandıran suallar cavablandırılıb.