08.09.2015
Qeyri-ənənəvi dinlərə qarşı birgə mübarizə ilə bağlı tədbir keçirilib
Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonda “Dövlət-din münasibətlərinin yaxşılaşdırılması və qeyri-ənənəvi dinlərə qarşı birgə mübarizə”mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH başçısının birinci müavini Fəridə İbayeva, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Aydın Alıyev, din xadimlərindən Yusif İsmayılov, Elman Piriyev, rayon ağsaqqalları, gənclər və ziyalılar iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər dövlət-din münasibətlərindən, Ümummilli Liderimiz Heydər Əliyevin dinə və dindarlara göstərdiyi diqqət və qayğıdan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən danışıblar.
(6).jpg)
.jpg)