Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.12.2015

“Qəhrəmanlar unudulmur” layihəsi çərçivəsində tədbir keçirilib

Dekabrın 28-də Beyləqan rayon Qarallar kənd dini icmasının “Milli –mənəvi dəyərlərimizi qoruyaq” və “Qəhrəmanlar unudulmur” layihəsi çərçivəsində tədbir keçrilib.
Tədbiri giriş sözü ilə açan Beyləqan rayon Qarallar kənd dini icmasının sədri Səbuhi İbadov Azərbaycanda milli qəhrəmanların şücaətindən və dövlətimizin onlara xüsusi qayğısından söhbət açıb. İcma sədri bildirib ki, Milli Qəhrəmanlarımızın gənclər arasında təbliği onların milli ruhda əsl vətənpərvər kimi tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. S. İbadov vurğulayıb ki, gənclərimizə örnək olması üçün Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, döyüş yolu daima öyrənilməli və təbliğ olunmalıdır.
Daha sonra çıxış edən Qarabağ müharibəsi veteranı Telman Quliyev bildirib ki, bu cür maarifləndirici tədbirləri mütamadi keçirilməlidir.
Sonda dindarlar tərəfindən vətən uğrunda şəhid olmuş Qəhrəmanlarımızın ruhuna dualar oxunub.