Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.02.2016

“Qəhrəmanlar unudulmur!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasında fevralın 5-də “Qəhrəmanlar unudulmur!” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.           
Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşları Vüqar Kərimov, Cavid Məlikzadə, Xındırıstan kənd məsçidi dini icmasının sədri Barat Bağırov, Ağdam RİH-nin Humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, şəhid ailələri,  icma üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımının əhəmiyyətini yüksək qitmətləndirərək, gələcəkdə də bu cür tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıb.          
Ağdam RİH-nin Humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Kərimov çıxış edərək Qarabağın qəhrəmanlıq tarixindən bəhs edərək bu cür tədbirlərin keçirilməsinin gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasına müsbət təsir edəcəyini bildiriblər. 
Daha sonra icma üzvü Cəmaləddin Əzimov, Əhmədağalı kənd Mədəniyyət evinin müdiri Siyavuş Şükürov, kənd məktəbinin müəllimi Seymur İmanov, kənd ağsaqqalı Bakir Zeynalov və axundun müavini Mehman Nəsirov bu cür tədbirlərin əhəmiyyətindən, dövlətin dinə qayğısından danışaraq, maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Sonda dini maarifləndirmə məqsədilə tədbir iştirakçılarına kitablar paylanılıb.