04.08.2014
Qəbələ və Oğuz rayonlarında “Azərbaycan Tolerant Model Ölkədir” adlı tədbirlər keçirilib
Avqustun 1-də Qəbələ şəhər Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşəbbüsü ilə “Azərbaycan Tolerant Model Ölkədir” adlı elmi-praktiki konfrans keçirilib. Rayonun din xadimlərinin, dindarlar, ziyalılar, rayon ağsaqqalları və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Qəbələ rayon İcra Hakimiyyəti başçısının (RHİB) birinci müavini və Qəbələ RİHB yanında Dini Komissiyanın sədri Abil Ağasəfov açaraq rayondakı dini durum barədə məlumat verib, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən danışıb.
Daha sonra söz DQİDK sədrinin I müavini Səyyad Salahlıya verilib. Sədr müavini Azərbaycandakı mövcud tolerantlıq mühitinin digər bir çox ölkələrə nümunə olduğunu söyləyib və bu gözəl mühitin qorunması üçün dindarların, ziyalıların, ağsaqqalların, gənclərin, bütövlükdə hər kəsin böyük məsuliyyət daşıdığını bildirib.

* * *
Avqustun 2-də Oğuz şəhər Mədəniyyət Mərkəzində DQİDK-nin təşəbbüsü ilə “Azərbaycan Tolerant Model Ölkədir” mövzusunda daha bir maarifləndirmə tədbiri keçirilib. Rayonun din xadimlərinin, dindarlar, ziyalılar, ictimai təşkilat nümayəndələri, rayon ağsaqqalları və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Oğuz RİH-nin başçısı Eyvaz Qurbanov açıb. O, rayondakı mövcud dini durum barədə məlumat verib, ölkədəki tolerantlıq mühitindən, bu mühitin Oğuz rayonunda təzahürlərindən, dini tolerantlığın tarixi ənənələrindən söhbət açıb.
Tədbirdə çıxış edən DQİDK sədrinin I müavini Səyyad Salahlı da Azərbaycanda dövlət-din siyasəti, dini tolerantlıq mühiti və onun qorunması, qeyri-ənənəvi dini cərəyanlarla mübarizə yolları, Dövlət Komitəsinin bu istiqamətdə gördüyü və görəcəyi işlər barədə danışıb.