Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.12.2016

Qazaxda “Tolerantlıq anlayışı və onun əsas ünsürləri” mövzusunda tədbir olub

Dekabrın 9-də Qazax rayonu Çaylı kənd 2 saylı məktəbdə “Səxavət” məscidi dini icmasının həyata keçirdiyi “Məhzəblərarası dialoqda mültukultralizm dəyərlərindən istifadə edilməsi” layihəsi çərçivəsində “Tolerantlıq anlayışı və onun əsas ünsürləri” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov və aparıcı məsləhətçisi, psixoloq Kəmalə Cəfərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Qazax rayon şöbəsinin əməkdaşı, müəllimlər və şagirdlər iştirak ediblər.
Qazax RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov dini durumun daim sabit olduğunu bu sahədə görülən işlərin verdiyi müsbət nəticələrdən danışıb.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev Azərbaycanda  tarixən formalaşmış tolerantlıq mühitindən, multikultral dəyərlərin inkişafından və dövlətimizin bu dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən bəhs edib.
DTX-nın əməkdaşı, Qazax RİH-in aparıcı məsləhətçisi və digər natiqlər cəmiyyət üçün təhlükəyə çevrilmiş radikalizm və ekstermizm kimi xalqımızın ruhuna yad olan elementlərə qarşı mübarizənin, gənclərimizin bu zərərli düşüncələrin təsirindən qorunmasının zəruri olduğunu vurğulayıblar.
İcmanın sədri Sahilə Orucova isə çıxışında Qazax rayonunda dinlərarası və məzhəblərarası münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu, bu mühitin qorunması üçün hər kəsin səylə çalışmalı olduğunu diqqətə çatdırıb.